12 may 2017-ci il tarixində Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək. Hərracın fərqli, hibrid formada keçirilməsi planlaşdırılır. Belə ki, Azərbaycan Mərkəzi Bankı depozit hərracında 250 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür.
Qeyd edək ki, “Bloomberg” ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 12,01% – 14,99% təşkil edir.