Deutsche Bank treyderlər və investorlar tərəfindən açılan 60 milyon dollarlıq məhkəmə iddiasını ödəməyə razılaşıb. reuters-in məlumatına əsasən, Deutsche Bank-ın məhkəməyə verilməsinin səbəbi qızılın qiymətilə bağlı manipulyasiya etməsidir.
Bank iddiaları rədd etsə də ilkin ödəniş artıq edilib və məhkəmənin təsdiqini gözlənilir. Bank oktyabr ayında oxşar bir məhkəmə iddia-gümüşün qiymətinin manipulyasiya edilməsilə bağlı 38 milyon dollar ödəməyə razı olmuşdu.
Qeyd edək ki, investorlar 2014-cü ildə Deutsche Bank, Barclays Plc, Nova Scotia Bankı, Societe Generale və HSBC Holdinq-i 2004-cü ildən 2013-cü ilə qədər qızılın qiymətinin manipulyasiya edilməsilə bağlı məhkəməyə verib.