Deutsche Bankdan verilən açıqlamaya əsasən, ipoteka dəstəkli qiymətli kağızların satışı ilə bağlı yaranan problemləri həll etmək üçün bank 7,2 milyard dollar ödəniş edəcək.
Bu məbləğin 3,1 milyard dolları cərimə formasında, 4,1 milyard dolları isə istehlakçılara ödəniləcək.