DGK “2017-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda mətbuat konfransı keçirib

Yanvarın 19-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyi “2017-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda mətbuat konfransı keçirib.

BBN.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində təşkil olunan tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Komitənin digər qurumlarının rəhbərləri iştirak edib.

DGK sədri Aydın Əliyev ötən il ölkənin davamlı iqtisadi inkişafının təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mühüm addımlar atıldığını diqqətə çatdırıb və görülən tədbirlər, həyata keçirilən mütərəqqi islahatlar nəticəsində qeyri-neft sektorunun inkişafı, ölkənin ixrac potensialının gücləndirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunduğunu vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır