Avqustun 9-da Dövlət Gömrük Komitəsində Özbəkistan Respublikasının Gömrük Xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə iki ölkə arasında bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğu və hər iki ölkənin gömrük orqanlarının bu münasibətlərin daha da inkişaf etdirilməsinə öz töhfəsini verdiyi diqqətə çatdırılıb.
Görüş zamanı bildirilib ki, yaxın vaxtlarda Özbəkistan Respublikasında mobil cihazların İMEİ kodlar əsasında qeydiyyata alınması prosesi həyata keçiriləcək.
Qeyd edək ki, səfərin məqsədi Özbəkistan Respublikasında mobil cihazların İMEİ kodlar əsasında qeydiyyata alınması sahəsində Azərbaycan təcrübəsini öyrənməkdir.