İyulun 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbulda bölgədə yerləşən – Ağcabədi, Beyləqan, Füzuli, İmişli və Laçın rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.
Qeyd edək ki, qəbul zamanı DGK sədri Aydın Əliyev hər bütün vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.