Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində səfərdə olan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev “Smiths Detection” şirkətinin nümayəndə heyətinin rəhbəri Tim Norton ilə görüş keçirib.
Görüşdə qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri, “Smiths Detection” şirkətinin ölkəmizdə tətbiq edilən avadanlıqlarına texniki xidmətin göstərilməsi və gömrük əməkdaşlarına təlimlərin keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.