DGK sədri Şəkidə vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev oktyabrın 13-də saat 10:30-da Şəki şəhərindəki Olimpiya İdman Kompleksində (Salman Mümtaz küç. 1) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən-Şəki, Qax, Zaqatala, Balakən rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qeyd edək ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar oktyabrın 12-si saat 10:30-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Balakən Gömrük İdarəsi (əlaqə telefonu: (024) 295-18-39) ilə əlaqə saxlayıb qəbula yazıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır