Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev fevralın 27-də saat 11:00-da Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində (N. Nərimanov küç.) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı bölgədə yerləşən-Xaçmaz, Quba, Qusar, Şabran rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qeyd edək ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar fevralın 26-si saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi, Xaçmaz Gömrük İdarəsi ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.