DGK üzrə daxilolmalar 15% artıb

2017-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 1 148,557 mln. manat həcmində vergi və rüsumlar daxil olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 153,178 mln. manat və ya 15,4% çoxdur.

2016-cı il ilə müqayisədə hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 15,3% artaraq 312,238 mln. manat, ƏDV üzrə daxilolmaların həcmi 21,7% yüksələrək 788,441 mln. manat, aksizlər üzrə 26% azalaraq 32,717 mln. manat, yol vergisi üzrə daxilolmalar isə 50,1% (2 dəfə) azalaraq 15,162 mln. manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır