DGK xətti ilə büdcə daxilolmaları 15 % artıb

Cari ilin yanvar- may ayları üzrə Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 974 mln. 903.31 min manat vəsait daxil olub. DGK -nın statistikasına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə gömrük daxilolmalarında 124 mln. 317 min 370.31 manat və ya 14.6 % artım müşahidə edilib.

Qeyd edək ki, bu ilin may ayında  DGK xətti ilə büdcəyə daxil olan vəsaitin 57 min 811 manatını gömrük rüsumu ,149 mln. 911 min 450 manatını dxal olunan malların əlavə dəyər vergisi ,   6 mln. 2248 min 490 manatını aksizlər üzrə , 2 mln. 838 min 980 manatını isə yol vergisi təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır