DGK xətti ilə büdcə daxilolmaları 21 % artıb

Cari ilin yanvar- iyul ayları ərzində Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 1427.8 mln. manat vəsait daxil olub. DGK -nın statistikasına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə gömrük daxilolmalarında 20.8 % artım müşahidə edilib.

Qeyd edək ki, bu ilin iyul ayında  DGK xətti ilə büdcəyə daxil olan vəsaitin 382 731.24 manatını gömrük rüsumu , 981 134.04 manatını daxil olunan malların əlavə dəyər vergisi , 45 426.60 manatını aksizlər üzrə , 18 545.03  manatını isə yol vergisi təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır