2018-ci ilin yanvar ayı üzrə Dövlət Gömrük Komitəsi (DGK) xətti ilə dövlət büdcəsinə 445 751.90 min manat vəsait daxil olub.
BBN.az DGK-ya istinadən xəbər verir ki, fevral ayında DGK xətti ilə büdcəyə daxil olan vəsaitin 118 453.70 min manatını və ya 26.6 %-ni gömrük rüsumu, 308 710.00 min manatını və ya 69.3%-ni daxil olunan malların əlavə dəyər vergisi təşkil edib.
Qeyd edək ki, büdcə daxil olmalarında aksizlərin payı 13 170.90 min manat və ya 3%, yol vergisinin payı isə 5 417.30 min manat və ya 1.2% olub.