Diplomatik nümayəndəliklərdən vergi tutulmayacaq

Diplomatik nümayəndəliklərdən pul vəsaitlərinin nağd qaydada çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş vergi tutulmayacaq.

Bu haqda BBN.az saytına Azərbaycan Banklar Assosiasiyasından məlumat verilib.

1961-ci il 18 aprel tarixli “Diplomatik münasibətlər haqqında” Vyana Konvensiyasının müddəalarına əsasən diplomatik nümayəndəliyin əsas funksiyalarından biri yerləşdiyi dövlətdə akkreditə edən dövləti təmsil etmək olduğundan xarici ölkələrin səfirliklərinin bank hesablarından pul vəsaitlərinin nağd qaydada çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş vergi tutulmur.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 2.5-ci, 150.1.12-ci, 220.12-ci maddələri və 1961-ci il 18 aprel tarixli “Diplomatik münasibətlər haqqında” Vyana Konvensiyası ilə tənzimlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır