“Diqlas” TM yanğınla bağlı sahibkarlara ödənilən maddi yardımın məbləği məlum oldu


Azərbaycan Respublikası Prezidentinin 29 mart 2019-cu il tarixli 1068 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrası məqsədilə, İqtisadiyyat Nazirliyinin Kollegiyası “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi Qaydası”nı təsdiqləyib.

BBN.az verdiyi məlumata görə, Qaydaya əsasən, 26 mart 2019-cu ildə “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yarım nazirliyin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən, plastik kartla ödəniləcək. Ticarət mərkəzində mağaza və anbar icarəyə götürmüş sahibkarlar 10 min manat, piştaxta və digər sahələr icarəyə götürmüş sahibkarlar isə min manat yardım alacaqlar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır