Dividendin ödənilməsi və ya payın geri alınması üçün (xüsusən də bir təsisçinin olduğu cəmiyyətlərdə (təsərrüfat subyektlərində) banka hansı sənədlərin təqdim edilməsi tələb olunur?
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklara verilən cavabda bildirilib ki, dividendin ödənilməsi üçün rüblük və illik vergi bəyannamələri və mənfəətə çıxdığı dövrə dair maliyyə hesabatı təqdim olunmalıdır. Həmçinin, bank əmin olmalıdır ki, dividendin məbləği normal işgüzar praktikasına uyğundur.
Payın geri alınması üçün isə payın geri alınması müqavilə ilə təsdiq edilməlidir. Hüquqi şəxsin növündən asılı olaraq payın azalmasına proporsional qaydada nizamnamə kapitalı, səhmlərin dəyərində dəyişikliklər edilməlidir.