“Doing Business 2020” -ə dair islahat icmalı təqdim olunub

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Doing Business 2020” islahatlarına dair mətbuat konfransı keçirib. Konfrans zamanı “Doing Business 2020” islahatlarına həsr olunan islahat icmalı təqdim olunub.

Mətbuat konfransı zamanı Vüsal Qasımlı bildirib ki, son bir il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurlu islahatlar həyata keçirilib. Biznes mühitinin əlverişliliyinin daha da artırılması üçün vergi və gömrük islahatları davam etdirilir, onlayn vahid ixrac ərizəsi, yaşıl dəhliz, elektron məhkəmə, elektron satınalma, tikintidə bir pəncərə, biznesə başlama, elektrikə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm islahatlar aparılıb. Bu səbəbdən Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı gözlənilir.

Qeyd edək ki, icmalda 11 indikator üzrə mövcud olan və daha sonra dəyişdirilən, sadələşdirilən prosedurlar haqqında da ətraflı məlumat təqdim olunub.

Daha ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır