Dollarda olan problemli kreditlərin portfeldəki payı 4 faiz bəndi artıb

 

Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən, 2016-ci ilin sonuna xarici valyuta ilə kreditlərin həcmi ilin sonuna 7,781 milyard manat olub ki, bu göstəricidə vaxtı keçmiş kreditlərin(VKK) payı 10,1%-dir. 2015-ci ilin eyni dövrü ilə müqaisədə problemli kreditlərin həcmi 3,9 faiz bəndi çoxdur.

Bununla yanaşı milli valyuta ilə kredit qoyuluşlarında problemli kreditlərin payı cüzi artıb. Beləki, 2016-cı ilin sonuna milli valyuta ilə kredit qoyuluşlarının həcmi 8,663 milyard manat təşkil edib ki, bu göstəricidə VKK-nin payı 7,8%-dir. 2015-ci ilin eyni dövrü ilə müqaisədə problemli kreditlərin həcmi 0,2% bəndi artıb.

Qeyd edək ki, 2016-cı ilin yekununda kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları cəmi 16.444 milyard manat təşkil edib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır