Dolların ucuzlaşmasının 3 əsas səbəbi açıqlanıb

Yaponiyanın ən böyük broker şirkəti “Nomura”nın açıqlamasına görə, ABŞ dollarının ucuzlaşması davam edəcək.

Şirkət buna əsas 3 səbəb göstərib. İlk səbəb, Amerika valyutasının zəifliyi, gəlirliliyin az olmasıdır. Digər səbəb kimi qeyd edilib ki, tədiyyə balansı dolların məzənnəsinə mənfi təsir göstərir. Bu vəziyyəti düzəltmək üçün isə dollar məzənnəsi zəiflədilməlidir ki, ABŞ aktivləri cəlbedici olsun, ya da gəlirlilik artırılmalıdır. Açıqlamaya görə, son səbəb ABŞ prezidenti Donald Trump administrasiyasının ucuz dollar siyasətini dəstəkləməsidir. Siyasi risklər gələcəkdə də dolların məzənnəsinə mənfi təsir göstərə bilər. Avrozonada isə iqtisadi-siyasi vəziyyət getdikcə düzələ bilər.

Ümumilikdə, “Nomura” dolların avro və yenə qarşı ucuzlaşacağını proqnozlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır