Fiziki şəxslərin xarici valyutada yerləşdirdikləri əmanətlərin həcmi azalıb.
BBN.az Mərkəzi Bankın statistik bülleteninə istinadən xəbər verir ki, ötən ilin noyabr ayı üzrə xarici valyutada olan əmanətlər 5085.1 mln. manat təşkil edib. Bu isə oktyabr ayı ilə müqayisədə 5.5 mln. manat və ya 0.1% azalma deməkdir.
Qeyd edək ki, əmanətlərin dollarlaşma əmsalı isə 69.0 % -ə enib. Oktyabr ayında bu göstərici 70.0% idi.