Fiziki şəxslərin xarici valyutada yerləşdirdikləri əmanətlərin həcmi artıb.
BBN.az Mərkəzi Bankın statistik bülleteninə istinadən xəbər verir ki, cari ilin oktyabr ayı üzrə xarici valyutada olan əmanətlər 5090.6 mln. manat olub. Bu isə sentyabr ayı ilə müqayisədə 50.2 mln. manat və ya 1% artım deməkdir.
Qeyd edək ki, əmanətlərin dollarlaşma əmsalı isə 70.0 % təşkil edib. Sentyabr ayında bu göstərici 71.8% idi.