Dollarlaşma əmsalı azalıb

Azərbaycan Respublikası Mərkəzi Bankının Statistik Bülleteninə əsasən, 2016-cı ilin noyabr ayının sonuna maliyyə təşkilatları istisna olmaqla, kredit təşkilatlarında yerləşdirilən depozitlərin ümumi həcmi 17 milyard 48 milyon 900 min manat təşkil edir.

Depozitlərin manatla olan hissəsi 4 milyard 874 milyon 900 min manat, xarici valyuta ilə olan hissəsi isə 12 milyard 174 milyon 100 min manat təşkil edir.

Beləliklə, 2016-cı ilin noyabr ayının sonuna Azərbaycanda bank depozitlərinin dollarlaşma əmsalı 69,6% -dir. Oktyabr ayının sonuna olan göstəricilərə əsasən dollarlaşma əmsalı 71,7%, ötən ilin eyni dövründə isə 72,9%,  olub.

Qeyd edək ki, dollarlaşma əmsalı ev təsərrüfatlarının və qeyri-maliyyə təşkilatlarının dollarda olan əmanətlərinin depozitlərin ümumi həcminə nisbətinə əsasən hesablanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır