Bu ilin yanvar-mart aylarında Azərbaycanda dollarlaşma səviyyəsi aşağı düşüb. Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Pul siyasəti icmalından bildirilir.
Sənəddə qeyd olunur ki, ölkədə xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi ilin əvvəlində 59,2% olduğu halda, I rübün yekunu üzrə 56,7% təşkil edib.
Xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi isə ilin əvvəlində 76,4% təşkil etdiyi halda, I rübün sonuna 74,9% olub.
Bundan başqa, I rübdə fiziki şəxslərin manatla əmanətləri ilin əvvəli ilə müqayisədə 6,4% artdığı halda, xarici valyutada əmanətləri 20,8% azalıb. Fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi ilin əvvəlindəki 85%-dən 81%-ə enib.
Mənbə: fins.az