ABŞ-ın restoranlar şəbəkəsi “Domino’s Pizza” nın Türkiyə, Rusiya, Gürcüstan ve Azərbaycan fəaliyyətini həyata keçirən “DP Eurasia NV” şirkəti gələn ay səhmlərini London birjasında satışa çıxaracaq. Bu barədə şirkətdən verilən açıqlamada bildirilib.
Qeyd edək ki, “Domino’s Pizza Group” daha əvvəl İngiltərə, İsveçrə və Almaniyadakı səhmlərinin böyük hissəsini satışa çıxarmışdı.