Ağ Ev Spikeri Sarah Sanders, ABŞ prezidenti Donald Trumpun 23-26 yanvar tarixlərində İsveçrənin Davos şəhərindəki Dünya İqtisadi Forumuna qatılacağını açıqlayıb.
Ağ Ev Spikeri Sandersin şərhində, Trampın bu cür təşkilatlara ABŞ iqtisadi mənfəətləri baxımından qatılması yüksək qiymətləndirilib.
BBN.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, Trampın İsveçrə səfərinin rəsmi olaraq elan edilməsi önümüzdəki günlərdə olacaq.
Qeyd edək ki, ABŞ prezidentləri arasında prezident Bill Klinton 2000-ci ildə Davos-a yaxın vaxtlarda qatılıb, növbəti prezidentlər George W. Bush və Barak Obama nümayəndə heyətlərini göndərməkdən məmnun qalıb.