ABŞ prezidenti Donald Trump polad və alüminium idxalına müvafiq olaraq 25% və 10% nisbətlərində gömrük vergisi tətbiq etmək qərarını imzalayıb.
D.Trump qalmaqallı gömrük vergisi qərarı üçün “Ağ Ev”də keçirilən imza mərasimində qərarla bağlı bu sözləri deyib: “Bu gün aldığımız qərarlar hər hansı bir seçim deyil, millətimizin təhlükəsizliyi üçün bir zərurətdir”.