Donald Trump “Milyarderlər Siyahısı”nda 200 sıra geriləyib

“Forbes”in bu il 31-ci dəfə yayımlanan “Milyarderlər Siyahısı”na görə ABŞ prezidenti Donald Trumpın sərvəti təxminən 400 milyon dollar azalaraq 3.1 milyrad dollara qədər geriləyib. Bundan əvvəl siyahıda 566-cı sırada olan Donald Trump indi 766-cı sıraya geriləyib.

“Milyarderlər Siyahısı”nın birincisi 112 milyard dollar sərvəti ilə “Amazon”un qurucusu Jeff Bezos olub. Uzun illərdir birinciliyi qoruyan “Microsoft”un qurucusu Bill Gates 90 milyard dollarlıq sərvəti ilə ikinci sırada qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır