Dövlət Aqrar Ticarət Şirkəti FAO ilə birgə AFAQ layihəsinə start verib

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə aqrar sahədə qadınların məşğulluğunun, onların informasiya, resurs və bazarlara çıxış imkanlarının artırılması, bununla da onların sosial-iqtisadi rifahının yaxşılaşdırılması məqsədilə AFAQ – Aqrar Fəaliyyətli Azərbaycan Qadınları layihəsini həyata keçirəcək.

Layihənin əsas məqsədi qadınlar tərəfindən istehsal olunan məhsulların satış bazarlarına çıxışının asanlaşdırılması, kənd təsərrüfatı sahəsində öz bisnesini qura biləcək qadın sahibkarların formalaşdırılması, onların marketinq və satış sahəsində biliklərinin artırılması, qadınlar üçün kiçik istehsal müəssisələri və istixanaların yaradılmasıdır.

Bu gün baş tutan təqdimat mərasimində Kənd Təsərrüfatı Nazirinin müavini İlhamə Qədimova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, FAO-nun Azərbaycandakı ofisinin rəhbəri Mələk Çakmak, dövlət və özəl sektorun, eləcə də beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri, millət vəkilləri, qadın fermer və sahibkarlar iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır