Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 17 iyul tarixində hərrac keçirilib.
BBN.az xəbər verir ki, hərracda 7-si kiçik dövlət müəssisəsi, 6-sı isə qeyri yaşayış sahəsi olmaqla 13 dövlət əmlakı özəlləşdirilib.
Qeyd edək ki, bu əmlaklara verilmiş 14 sifarişdən 1-i elektron formada qəbul edilib. Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 5-i Bakıda, digərləri isə Füzuli və Sabirabadda yerləşir.
Bakı şəhəri üzrə özəlləşdirilən qeyri-yaşayış sahələri Səbail, Nizami, Xətai və Suraxanı rayonlarındadır.
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 24 iyulda baş tutacaq. Budəfəki hərraca investorları yeni biznes sahələrinə cəlb edəcək 105 dövlət əmlakı çıxarılıb. Bunlardan 23-ü səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisə və obyekti, 41-i qeyri-yaşayış sahəsi, 4-ü nəqliyyat vasitəsidir.