Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elektron hərrac istifadəyə verilir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən istifadəyə verilən “Dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” xidməti sayəsində ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarında onlayn iştirak edə biləcəklər. Bununla bağlı Komitə tərəfindən 11 may tarixində media, qeyri hökumət və daşınmaz əmlak sahəsində fəaliyyət göstərən ictimai təşkilatların iştirakı ilə təqdimat keçirilib.

“Dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” ın  təqdimatına həsr olunmuş tədbirdə qeyd olunub ki, elektron hərracın yaradılmasında məqsəd özəlləşdirilmənin həyata keçirilməsi üçün təşkil olunan hərraclarda şəffaflığının təmin olunması, hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqidir. Elektron hərracların tətbiqi nəinki Azərbaycanda, hətta dünyanın istənilən nöqtəsindən investorlara hərraclara qatılmağa imkan verəcək. Hərracın ən vacib üstünlüyü isə müasir texnologiyalardan istifadə etməklə, vətəndaşın vaxt və maliyyə itkilərinin qarşısını almaqdır.

Daha ətraflı məlumat üçün keçidə daxil olun.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır