2018-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövru ilə müqayisədə 27,6 faiz artaraq 9860,4 milyon manata, xərcləri isə 16,2 faiz artaraq 9524,3 milyon manata çatıb.
BBN.az Statistika Komitəsinə istinadən xəbər verir ki, büdcənin icrasında yaranmış 336,1 milyon manatlıq profisit ümumi daxili məhsulun 0,9 faizini təşkil edib.
Daxilolmaların 20,2 faizi əlavə dəyər vergisi, 11,4 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,1 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,9 faizi fiziki şəxslərin gəlir vergisi, 3,4 faizi aksizlər, 2,3 faizi sadələşdirilmiş vergi, 2,2 faizi vergilərin digər növləri, 50,5 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
Büdcə vəsaitlərinin 28,7 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 16,9 faizi ümumi dövlət xidmətləri, 13,7 faizi təhsil və səhiyyə sahələrinin, 12,7 faizi sosial müdafiə və sosial təminat, 28,0 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 12078,1 milyon manat, xərcləri 11649,3 milyon manat təşkil edib, büdcənin icrasında 428,8 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,0 faizi qədər profisit yaranıb.