2018-ci il üzrə dövlət büdcəsinin mədaxili 22411,3 mln. manat, xərcləri 22718,9 mln. manat olub.
Gəlirlər
2018-ci il üzrə dövlət büdcəsinin mədaxili 22149,0 mln. manat proqnoza qarşı 22411,3 mln. manat və ya 101,2 % icra olunub.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi xətti ilə daxilomalar 7417,6 mln. manat və ya proqnoz 100,5 % icra olunub.
Həmin vəsaitin 67,1 faizi və ya 4975,5 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
2018-ci il üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 3434,4 mln. manat vəsait daxil olmuş və proqnoz 107,6 faiz icra olunub.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 10959,0 mln. manat vəsait transfert edilib.
2018-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 466,4 mln. manat, sair daxilolmalardan 134,3 mln. manat vəsait dövlət büdcəsinə daxil olub.
2018-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 6320,7 mln. manat icra olunub.
Xərclər
2018-ci ildə dövlət büdcəsinin xərcləri 98,4 faiz və ya 22718,4 mln. manat icra edilib.
2018-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 7052,9 mln. manat icra olunub.
2018-ci il ərzində dövlət büdcəsi xərclərinin 11549,8 mln. manatı və ya 50,8 faizi cari xərclərə, 8941,9 mln. manatı və ya 39,4 %-i əsaslı xərclərə, 2227,2 mln. manatı və ya 9,8 %-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Dövlət büdcəsi xərclərinin 31,7 %-i və ya 7196,6 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2017-ci illə müqayisədə 505,9 mln. manat və ya 7,6 % çoxdur.
Dövlət büdcəsinin kəsiri
Dövlət büdcəsinin kəsiri 307,6 mln. manat və ya təsdiq olunan yuxarı həddən 643,4 mln. manat az olmuşdur.
Kəsirin maliyyələşdirilməsi 222,6 mln. manatı dövlət istiqraz vərəqəlrinin satışından və 101,2 mln. manatı özəlləşdirməsindən daxil olan vəsaitlər hesabına həyata keçirilib.
İcmal büdcə
2018-ci ilin icmal büdcəsinin gəlirləri 31034,7 mln. manat, xərcləri isə 26334,4 mln. manat icra olunub.
2018-ci ilin icmal büdcədə 4700,3 mln. manat büdcə artıqlığı (profisit) yaranıb.