Dövlət büdcəsinə 0,5 mln. manata yaxın vəsait köçürüləcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 29 noyabr tarixində keçirilmiş növbəti açıq hərracda 19 dövlət əmlakı özəlləşdirilib. Belə ki, bu dəfəki hərracın nəticəsinə əsasən 6 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri-yaşayış sahəsi, 2 səhmdar cəmiyyəti və 8 nəqliyyat vasitəsi xüsusi mülkiyyətə verilib.

Hərracda satılmış 2 iri müəssisə sənayə və aqrar sahələrə aiddir. Belə ki, “Metalqab” və “Zaqatala Kəndkimya” səhmdar cəmiyyətlərinin özəlləşmədən sonra yeni sərmayə yatırımı nəticəsində fəaliyyətini daha səmərəli və kompleks şəkildə bərpa edəcək, sənaye və aqrar sektorun inkişafına öz təsirini göstərəcək.

Qeyd edək ki, hərrac nəticəsində dövlət büdcəsinə 0,5 milyon manata yaxın vəsait köçürüləcəkdir.

Komitə tərəfindən növbəti hərrac 06 dekabr tarixinə təyin olunub. Hərraca çıxarılan 100 əmlakdan 26-sı səhmdar cəmiyyəti, 50-si kiçik dövlət müəssisə və obyekti, 24-ü nəqliyyat vasitəsidir. Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiymətinə təklif olunan dövlət əmlakları Balakəndə yerləşən əmlak kompleksi və paytaxtın Nizami rayonunda yerləşən “İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi” MMC-dir. Belə ki, bu əmlaklar müvafiq olaraq 1 milyon yüz min manat və 1 milyon 75 min manat ilkin satış qiyməti ilə təklif olunur. 06 dekabrda keçiriləcək hərracdakı əmlaklarla aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=906

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır