Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 08 noyabr tarixində dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı keçirilən növbəti hərracda 2 səhmdar cəmiyyəti, 3 kiçik dövlət müəssisə və obyekti və 4 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib. Hərrac nəticəsində dövlət büdcəsinə 0,8 milyon manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin ediləcəkdir.
Xatırladaq ki, növbəti belə hərrac 15 noyabrda keçiriləcək və 73 dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılıb.