2017-ci ildə dövlət büdcəsinin xərcləri 98% və ya 17588.3 mln. manat icra edilib.
BBN.az-ın məlumatına əsasən, 2017-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 4804.6 mln. manat icra olunub.
Ötən il ərzində dövlət büdcəsi xərclərinin 10921.1 mln. manatı və ya 62.1%-i cari xərclərə, 5153,5 mln. manatı və ya 29.3%-i əsaslı xərclərə, 1513.7 mln. manatı və ya 8.6%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Qeyd edək ki, dövlət büdcəsi xərclərinin 38%-i və ya 6690.8 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2016-cı illə müqayisədə 453.7 mln. manat və ya 7.3% çoxdur.