Dövlət Dəniz Administrasiyası və Ukraynanın İnfrastruktur Nazirliyi işçi görüş keçirib

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası və Ukraynanın İnfrastruktur Nazirliyinin əməkdaşları Odessa şəhərində işçi görüş keçirib.

Görüşün məqsədi Azərbaycan Respublikasının və Ukraynanın Prezidentlər Şurasının Beşinci İclasının Protokolunun və Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyasının 11-ci iclas Protokolunun icrasının təmin edilməsidir.

Görüş, dəniz nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi və uğurla davam etdirilməsi üçün qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində, hər iki qurum arasında təcrübə mübadiləsinin aparılması, ikitərəfli işçi qaydada məsləhətləşmələrin davam etdirilməsi və növbəti işçi görüşün Bakı şəhərində həyata keçirilməsinin mümkünlüyü barədə müzakirələrlə yekunlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır