Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev mayın 29-da saat 11:00-da Tovuzşəhərində Tovuz Gömrük İdarəsinin inzibati binasında (Mərdan Musayev küç. 2) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
BBN.az xəbər verir ki, qəbul zamanı bölgədə yerləşən – Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qeyd edək ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar mayın 28-i saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi , Tovuz Gömrük İdarəsi ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.