Dövlət Gömrük Komitəsi xətti ilə büdcə daxilolmaları 15% artıb

Dövlət Gömrük Komitəsi avqust ayı üzrə büdcə daxilolmalarını açıqlayıb.

Belə ki, bu ilin avqust ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 280 mln. 128,4 min manat təşkil edib.

Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 36 mln. 038,8 min manat və ya 14,76 % çoxdur. Bu ilin iyul ayı ilə müqayisədə isə DGK xətti ilə apreldə dövlət büdcəsinə köçürülən məbləğ 23 mln. 518,0 min manat və ya 9,16% çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır