2018-ci ilin yanvar ayında Dövlət Gömrük Komitəsi (DGK) vasitəsilə büdcəyə 226,088 mln. manat vəsait daxil olub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30% və ya 52.126 mln. manat çoxdur.
Qeyd edək ki, gömrük rüsumları üzrə daxilolmalar 59,471 mln. manat, əlavə dəyər vergisi üzrə daxilolmalar 157,019 mln. manat, aksizlər üzrə daxilolmalar 6,781 mln. manat, yol vergisi üzrə daxilolmalar isə 2,818 mln. manat təşkil edib.