Dövlət İmtahan Mərkəzi könüllü tibbi sığorta üzrə tender elan edib

Dövlət İmtahan Mərkəzi (DİM) əməkdaşlarının könüllü tibbi sığortasının satın alınması üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar ilkin sənədləri avqustun 21-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə sentyabrın 6-na qədər DİM-in Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər.

Təkliflərə sentyabrın 7-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Tender haqqında daha ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır