Dövlət istiqrazları üzrə faiz dərəcəsi 17,8% təşkil edib

13 dekabr 2016-cı il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0101024518 ISIN kodlu, tədavül müddəti 91 gün olan 10.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

İnvestorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 25.7 milyon manat təşkil etmişdir.
Maliyyə Nazirliyi tərəfindən 10.0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 95.7791 (gəlirlilik 17.8724%) səviyyəsində müəyyən edilmişdir.
İstiqrazların ödəmə müddəti 14 mart 2017-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır