Dövlət istiqrazları üzrə hərrac keçirilib

14 avqust 2018-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0105013699 ISIN kodlu, tədavül müddəti 728 gün olan 30.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirib.
BBN.az Azərbaycan Respublikası Maliyyə Nazirliyinə əsasən xəbər verir ki, AZ0105013699 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 46.5 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 30.0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 95.4449(gəlirlilik 10.5867%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 11 avqust 2020-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır