Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək. Hərracın keçirilməsi  3 fevral 2017-ci il tarixində baş tutacaq.

Hərracla bağlı digər məlumatlar aşağıdakı cədvəldə göstərilib:

Qiymətli kağızın İSİN kodu AZ0104001547
Ümumi həcmi (manat) 15 000 000
Bir istiqrazın nominal dəyəri (manat) 100
İstiqrazların tədavül müddəti 364 gün
Ödəmə tarixi 02.02.2018
Anderrayter Paşa Kapital İŞ QSC

Qeyd edək ki, hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır