Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

20 iyun 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102013544  ISIN kodlu, 182 gün tədavül müddətli, 10 000 000 AZN  həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 9  investor tərəfindən 17 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 29,955,800.00 AZN manat təşkil edib. Sifarişlər 92.2253 AZN (16.9999%) və 94.39870 AZN (11.9656%) qiymət intervalında təqdim olunub.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 94.3099 AZN (12.1668%), orta ölçülmüş qiyməti 94.3574 AZN (12.0591%) təşkil edib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar 21.06.2017 tarixində həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  10,000,000.00 AZN təşkil edib.

Qeyd edək ki, istiqrazların ödəmə tarixi  19.12.2017 -ci  ildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır