İyulun 4-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102015549 ISIN kodlu, 91 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 19 investor tərəfindən 41 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 64,012,200.00 təşkil edib. Sifarişlər 95.3003 AZN yəni, 19.9998% və 97.8290 AZN yəni, 9.0000% qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 97.8290 AZN yəni 9.0000%, orta ölçülmüş qiyməti 97.8290 AZN yəni 9.0000% təşkil edib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar 05.07.2017 tarixində həyata keçiriləcək.
Qeyd edək ki, istiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10,000,000.00 AZN təşkil edib. İstiqrazların ödəmə tarixi 03.10.2017-ci ildir.