Dövlət Məşğulluq Xidməti tərəfindən 15 rayonda Əmək yarmarkaları keçirilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə respublikanın rayon və şəhərlərində Əmək yarmarkaları cari ildə də davam etdirilir.

Belə ki, cari ilin ötən dövründə Xidmətin xətti ilə respublikamızın 15 rayonunda Əmək yarmarkaları keçirilib. Bu aktiv məşğulluq tədbirlərində işsiz və işaxtaran vətəndaşlara 375 müəssisə üzrə 4 297 boş (vakant) iş yeri təqdim edilib. Tədbirlər zamanı 949 nəfər işsiz və işaxtaran vətəndaşa vakant iş yerlərinə göndərişlər verilib ki, onlardan bu günə qədər artıq 76,5 %-i həmin iş yerlərində işlə təmin ediliblər.

Xatırladaq ki, ümumilikdə cari ilin yanvar-iyul aylarında Dövlət Məşğulluq Xidməti tərəfindən 35 827 nəfər şəxsin peşə və ixtisaslarına, habelə əmək vərdişlərinə uyğun olaraq vakant iş yerlərində məşğulluğu təmin olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır