Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib

2 mart 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların, ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə növbəti iclası keçirilib.

BBN.az xəbər verir ki, iclas zamanı maraqlı tərəflərin iştirakı ilə Komissiyanın 2018-ci il üçün Fəaliyyət planı təsdiq edilib.

Qeyd edək ki, iclas iştirakçıları 2017-ci il üzrə HSŞ hesabatlılığı prosesi ətrafında müvafiq müzakirələr apararaq prosesə başlanılması ilə bağlı qərar qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır