Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2017-ci il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair Fondun İcraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilmişdir.
İclasda eyni zamanda Fondun İcraçı direktoru tərəfindən “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a və “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”ına dəyişikliklər edilməsi haqqında təqdim edilmiş məlumatlara baxılaraq təklif olunan dəyişikliklər məqbul hesab edilmiş və təsdiq olunması üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunmasına qərar verilmişdir.