Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

2017-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Belə ki, Azərbaycan Respublikasının Baş Naziri, ARDNF-nin Müşahidə Şurasının Sədri  Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2017-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələsinə baxılıb.

Müşahidə Şurası təqdim olunmuş Fondun 2017-ci il büdcəsinə dəyişiklikləri məqbul hesab edib və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır