Dövlət xərclərini artırmaq, gəlir vergisini azaltmaq tövsiyə edilib

Beynəlxalq Valyuta Fondu(BVF) Almaniyaya infrastruktur layihələri, uşaqlara sosial xidmətlərin göstərilməsi və qaçqınların inteqrasiyası da daxil olmaqla bir sıra istiqamətlər üzrə dövlət xərclərini artırmağı, həmçinin gəlir vergisini azaltmağı tövsiyə edib. Bunu etməkdə əsas məqsəd son dərəcə aşağı dərəcələrin tətbiqi siyasətindən tədricən imtina etməyə şərait yaradacaq inflyasiyanı artırmaqdır. BVF ictimaiyyətə açıqlamasında qeyd edib ki, Avropa Mərkəzi Bankının faiz dərəcələrinin qaldırılmasına yalnız əhalinin gəlirləri artığı halda nail olmaq mümkündür və bu da vergi dərəcələrindən, həmçinin dövlətin dəstəyindən aslıdır. Ekspertlərin fikrincə, Almaniyanın büdcə ilə bağlı mövqeyi deyilənlərə şərait yaradır.

Qeyd edək ki, ilin ilk rübündə Almaniyada ÜDM artımı 2.4 % olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır